Təhsil müəssisələrinin akkreditasiyası üçün dövlət rüsumu dəyişir | Banco.az

Təhsil müəssisələrinin akkreditasiyası üçün dövlət rüsumu dəyişir

Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklər qəbul edilib. Qanuna əlavə edilməsi təklif olunan 32.1-ci maddəyə əsasən, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3.000 manat, ümumtəhsil müəssisələri 5.000 manat, məktəbdənkənar təhsil müəssisələri 7.000 manat dövlət rüsumu ödəməlidir. Peşə təhsili müəssisələrinin akkreditasiyadan keçməyə görə dövlət rüsumunun məbləği 10.000 manat, orta ixtisas təhsili müəssisələri üzrə 15.000 manat, ali təhsil müəssisələri üçün isə 20.000 manat həcmində müəyyənlədirilir. Bundan başqa, əlavə təhsil müəssisələri, habelə təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də akkreditasiyadan keçmək üçün 15.000 manat dövlət rüsumu ödəməli olacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

    Ən sərfəli krediti almaq üçün müraciət et