TAP konsorsiumu 3,9 mlrd. avro ilə maliyyələşməni yekunlaşdırıb | Banco.az

TAP konsorsiumu 3,9 mlrd. avro ilə maliyyələşməni yekunlaşdırıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üçün 3,9 mlrd. avro təmin olunmaqla 2018-ci ilin dekabr ayında maliyyələşmə yekunlaşdırılıb.

Bu barədə TAP konsorsiumu məlumat yayıb.

Maliyyələşmə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İnvestisiya Bankı (EİB) ilə yanaşı, 17 kommersiya bankından ibarət qrup tərəfindən təmin edilib. Vəsaitin bir hissəsi “bpifrance”, “Euler Hermes” və “Sace” kimi ixrac kredit agentliklərindən cəlb edillib.

Ən sərfəli kredit üçün müraciət et

TAP-ın icraçı direktoru Luka Şipati bildirib ki, maliyyələşmənin yekunlaşmasına nail olmaqla TAP layihəsinin icrasında növbəti mərhələyə addım atılıb. O bildirib ki, TAP beynəlxalq maliyyə institutlarının tələb etdiyi ətraf mühit və sosial standratları könüllü yerinə yetirir: “İndi maliyyələşmə məsələsinin yekunlaşması ilə TAP layihəsinin icrasının başa çatması və 2020-ci ildə “Şahdəniz 2” qazının nəqli üçün işlər görülür”. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et