Tanzaniyada parik və saç qaynağına vergi tətbiq edilməsi müzakirə olunub | Banco.az

Tanzaniyada parik və saç qaynağına vergi tətbiq edilməsi müzakirə olunub

Ölkənin maliyyə naziri Filip Mpanqo parik taxmaq və saç qaynağı etmək üçün yeni verginin tətbiqi ilə bağlı parlamentdə təkliflə çıxış edib. Nazir xaricdən idxal edilən pariklərə 25 faiz, yerli pariklərə isə 19 faiz dərəcə ilə vergi qoyulacağını bildirib. Belə bir verginin tutulması təklifini irəli sürənlər bununla qadınların saçlarının təbii qalacağı fikrindədirlər. Bu təklifi bəzi millət vəkilləri kəskin etirazla qarşılayıblar. BBC agentliyinin Tanzaniyanın paytaxtı Dodomadakı müxbiri bu ölkədə ənənəvi dəyərlərə böyük əhəmiyyət verildiyini, lakin cəmiyyətin dəyişdiyini, çoxlu sayda qadınların parik taxdığını və ya saçlarına qaynaq etdirdiklərini bildirib. Bu isə cəmiyyətin mühafizəkar təbəqələrinin etirazı ilə qarşılanır.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et