TANAP səhmdarları hər il 1,5 milyard dollara yaxın gəlir əldə edəcək | Banco.az

TANAP səhmdarları hər il 1,5 milyard dollara yaxın gəlir əldə edəcək

Trans-Anadolu qaz kəmərinin (TANAP) səhmdarları TANAP-ın işlənilməsindən illik 1,45 mlrd. ABŞ dolları həcmində gəlir əldə edəcək. Bunu İstanbulda keçirilən mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. Onun sözlərinə görə, bu gəlirin 58 faizi Azərbaycanın payına düşəcək. S.Düzyol onu da qeyd edib ki, TANAP kəmərinin işə salınması Azərbaycanla Türkiyə arasında qaz nəqlinin həcmini artıracaq və Türkiyənin Rusiya qazından asılılığını daha da azaldacaq.

Mətbat konfransında çıxışı zamanı Saltuk Düzyol bildirib ki, gələn ilin iyul ayından etibarən Türkiyə Trans-Anadolu qaz kəməri (TANAP) ilə ildə 5,7 mlrd. kubmetr qaz alacaq. Onun sözlərinə görə, 1 iyul 2019-cu – 30 iyun 2020-ci saziş ilində TANAP-la Türkiyəyə 3,8 mlrd. kubmetr qaz nəql ediləcək. O, əlavə edib ki, Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsi şərti ilə 2020-ci ilin 1 iyul – 31 dekabr tarixləri ərzində TANAP-la Avropa üçün 6,1 mlrd. kubmetr, 2021-ci ilin 1 yanvar – 31 mart tarixləri ərzində 6,2 mlrd. kubmetr, 2021-ci ilin 1 aprel – 31 dekabr tarixləri ərzində 7,2 mlrd. kubmetr, 2022-ci ilin iyunun 1-dən isə illik 10,2 mlrd. kubmetr qaz nəql ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç