Tam pulsuz debet kartları - Siyahı | Banco.az

Tam pulsuz debet kartları - Siyahı

Debet kartları istənilən növ istifadəçi üçün rahat ödəniş vasitəsidir. Hesabınızda məhz sizin həmin hesaba daxil etdiyiniz qədər vəsait olur.

Biz bir çox yerlərdə bu kartlar vasitəsi ilə ödəməni həyata keçirə bilərik ki, buna da istər alış-veriş yerləri, istər restoranlar və digər yerlər daxildir. Bu kartlar vasitəsi ilə biz online alış-veriş, online rezervasiya və eləcədə beynəlxalq ödəmələrimizi də edə bilərik. Eləcə də, xarici ölkələrə gedərkən nağd vəsaitimizin daşınması üçün bu kartlar ideal vasitədir.

Həmçinin, debet kartları bizə vəsaitlərimizi POS-terminallar vasitəsi ilə nağdlaşdırmağa imkan yaradır.

Həmçinin bax: Ən sərfəli debet kart hansıdır? Ən Yeni-2021 

Banco.az olaraq pulsuz debet kartları ala biləcəyiniz bankları araşdırdıq. Haqqında danışacağımız kartların hamısı beynəlxalq kartlardır.

1. Bank Respublika. Bank Respublika Visa və Master kartlarını tamamilə pulsuz, illik xidmət haqqı olmadan təklif edir. Kartların istifadə müddəti 5 ildir.Əldə etmək üçün hər bir karta uyğun tələb olunan minimum məbləği yalnız sifariş zamanı hesaba daxil etmək kifayətdir (minimum 100, region filiallarımızdan sifariş edildikdə 50 manat / dollar / avro) . Bu vəsait kartı aldıqdan sonra istifadə oluna bilər.

Ən sərfəli kredit üçün müraciət et

2. Dəmirbank. "Pulsuz kart" kampaniyası üzrə ilkin mədaxil (kart pulsuzdur və xidmət haqqı tələb edilmir) MasterCard Standard /VISA Classic üçün 200 AZN / USD /EUR / TRY/ GBP təşkil edir.

3. Rabitəbank. Kartmane - depozit və debet kartı müştərilərə pulsuz təqdim olunur, yalnız ilkin mədaxil məbləğini, minimum 100 AZN məbləğini daxil etməlisiniz.

Visa Electron kartına 300 AZN, Visa Classic və MC Standard kartına 500 AZN ilkin mədaxil edərsəniz kartı pulsuz əldə edə bilərsiniz.

4.Nikoil Bank. VİSA Electron\ Maestro pulsuz əldə etmək üçün ilkin mədaxil: 1 il: 200 AZN, 2 il: 400 AZN, 3 il: 600 AZN Visa Classic\ MasterCard Standart pulsuz əldə etmək üçün ilkin mədaxil: 1 il: 500 AZN, 2 il: 1000 AZN, 3 il: 1500 AZN Visa Gold/MasterCard Gold pulsuz əldə etmək üçün ilkin mədaxil: 1 il: 1 000 AZN, 2 il: 2 000 AZN, 3 il: 3 000 AZN Visa Platinum pulsuz əldə etmək üçün ilkin mədaxil: 1 il: 5 000 AZN, 2 il: 10 000 AZN, 3 il: 15 000 AZN təşkil edir. 

5. Xalq Bank. Bu bankın bütün debet kartları pulsuzdur, ilkin mədaxil üçün minimum məbləği daxil etməklə kartı əldə edə bilərsiniz. Visa Electorn/MC Debit-50 AZN/USD/EUR, Visa Classic/MC Standard-100 AZN/USD/EUR,Visa Gold/MC Gold-500 AZN/USD/EUR Bakı filiallar üçün,digər bölgələr üçün isə bu məbləğlərin yarısı tələb olunur.

6. Unibank. Albalı PlusAlbukart kartının debet funksiyası da mövcuddur. Bu kartı davam edən kampaniya ilə bağlı olaraq 3 AZN-ə əldə edə bilərsiniz.

7. Yapı Kredi Bank Azərbaycan. PulKart üçün tək şəxsiyyət vəsiqəsi ilə istənilən Yapı Kredi Bank filialına müraciət edə bilərsiniz, ödənişi 5 AZN-dir.

Ən sərfəli krediti almaq üçün müraciət et