“Sürpriz kasko” üçün yeni sayt | Banco.az

“Sürpriz kasko” üçün yeni sayt

“Başak İnam” sığorta şirkəti “Sürpriz kasko” sığorta məhsulu  üçün yeni sayt yaradıb. “Başak İnam” sığorta şirkətinin biznesin inkişafı departamentinin rəhbəri Hikmət Allahverdi bildirib ki, müştərilər bu sayt vasitəsilə ilkin məlumatları kifayət qədər geniş formada ala bilərlər. www.kaskosigorta.az saytında “Sürpriz kasko” sığorta paketinə daxil olan xidmətlər haqqında geniş məlumat verilib. Müştəri bəzi şəxsi məlumatlar daxil etməklə əlavə məlumat ala və ya elə birbaşa “sürpriz kasko” sığorta paketini sifariş edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

O əlavə edib ki, may ayından  etibarən hər ayın  sonunda məlumat almaq üçün qeydiyyatdan keçmiş şəxslər arasından bir nəfər bu məhsulu hədiyyə alacaq. 

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç