Strateji cəhətdən vacib kredit müəssisələrinin siyahısına daxil oldu | Banco.az

Strateji cəhətdən vacib kredit müəssisələrinin siyahısına daxil oldu

“ABB-Moskva” RF iqtisadiyyatı üçün strateji əhəmiyyətə malik müəssisələrin vəsaitləri ilə işləyə bilən kredit təşkilatlarının siyahısına daxil edilib. Bu barədə bankın məlumatında qeyd edilir.

Məlumatda bildirilir ki, 2015-ci il yanvarın 1-nə olan vəziyyətə görə “ABB-Moskva” bankı “Bank hesablarının və akkreditivlərin açılması; RF-nin təhlükəsizliyi və müdafiə-sənaye kompleksi üçün strateji əhəmiyyət daşıyan təsərrüfat cəmiyyətləri tərəfindən bank əmanəti müqavilələrinin bağlanması və RF-nin ayrı-ayrı qanunvericilik aktlarına dəyişikliklərin edilməsi haqqında” 21.07.2014-cü il tarixli 213 saylı Federal qanunun II maddəsinin I hissəsində müəyyən edilmiş tələblərə uyğun olan kredit təşkilatlarının siyahısına daxil edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bu siyahıya RF ərazisində fəaliyyət göstərən Rusiyanın və xarici dövlətlərin 140 aparıcı kredit maliyyə müəssisəsinin adı daxil edilib. Onların arasında “Sberbank” ASC, “Bank VTB” ASC, “Döyçe bank” MMC, “BNP PARİBA” QSC, “XKF Bank” MMC, “Rayffayzenbank” QSC, “Rosselxozbank” ASC, “ALFA-BANK” SC, “Promsvyazbank”, “VTB 24”, “Avropa Kredit BANK” QSC və bir çox digər bankarın adı yer alıb.

Ən sərfəli krediti almaq üçün müraciət et