Stiv Cobs haqqında ən yaxşı filmlər | Banco.az

Stiv Cobs haqqında ən yaxşı filmlər

Stiven Pol Cobs San-Fransiskoda anadan olub. Onun bioloji valideynləri tələbə olduqları üçün uşağı övladlığa verib. Stiveni Pol və Klara Cobs ailəsi himayəsinə götürüb. Hətta sonralar belə onları "ögey valideynlər" adlandıranda Stiv çox qıcıqlanırmış. Lakin yetkinlik yaşında Cobs öz bioloji anası və kiçik bacısı ilə tanış olub.

Cobs Stiv Voznyakla məktəb illərində tanış olub. 70-ci illərin ortalarında Voznyak ilk Apple I kompyuterini yaradır, 1976-cı ildə isə "alma" şirkəti qeydiyyatdan keçir.

Stiv Cobs – 59

Cobsun həyatında yüksəlişlər və enişlər, nailiyyətlər və böhranlar olub. Apple şirkətini tərk edəndən sonra Pixar kinostudiyasında çalışır. Ancaq 1996-cı ildə yenidən əsasını qoyduğu "alma" şirkətinə qayıdır. Bununla da, həm şirkətin, həm də kompyuter texnologiyalarının tarixində yeni dövr başlayır. Stivin nəzarəti altında yeni cihazlar hazırlanır. Şirkətin devizi isə "Think Different" ("Fərqli düşün") olur.

Stiv Cobs – 59

2003-cü ildə Cobsda xərçəng aşkar edildi. O, uzun illər xəstəliklə mübarizə aparsa da, 2011-ci il oktyabrın 5-də dünyasını dəyişdi.

Stiv Cobsun həyatı haqqında çoxlu sayda sənədli filmlər çəkilib. Bu gün biz Cobsun obrazının yaradıldığı bədii filmləri yada salmaq istərdik. 
Cobsun həyatı haqqında ilk film ekranlara 1999-cu ildə çıxıb. "Silikon vadisinin piratları" filmi heç kəsin tanımadığı 2 gəncin ixtira arzuları və bu arzuların onları milyarderlərə çevirməsi barədədir. Filmdə söhbət Stiv Cobs və Bill Qeytsdən gedir. Cobs rolunu Noa Uayld ifa edib.

Ən sərfəli kredit üçün müraciət et

Stiv Cobs – 59
2013-cü ildə "Cobs: Cazibə imperiyası" filmi ekranlara çıxdı. Filmin yaradıcılarının kompyuter korporasiyasının ideyasını və Stiv Cobsun həyat hekayəsini ötürə bildikləri, Eşton Katçerin isə qəhrəmanın obrazına yaxınlaşdığı barədə mübahisələr hələ də davam edir.

Stiv Cobs – 59

Elə həmin il tamaşaçıların ixtiyarına "iStiv" filmi verildi. Komik bayopikdə baş rolu Castin Lonq ifa edir.

Stiv Cobs – 59

Dünyanın ən böyük korporasiyalarından birinin təsisçisinin həyat hekayəsi hələ çox danışılacaq. Növbəti layihə Times-ın keçmiş redaktoru Uolter Ayzeksonun yazdığı kitabın ekranlaşdırılması olacaq. Kitabda Stiv Cobsun özü və ailə üzvləri, həmkarları və hətta rəqibləri ilə müsahibələr yer alıb.

Mənbə:http://www.buro247.az/media/news/stiv-cobs-59.html

Ən sərfəli krediti almaq üçün müraciət et