Startapların uğursuz olmasında hansı səbəblər var? | Banco.az

Startapların uğursuz olmasında hansı səbəblər var?

Dünyada startapların 42%-i bazarı düzgün təhlil edə bilmədiyi üçün qısa müddətdə bağlanır. Tədqiqatlar startapların 90%-nin uğursuzluqla nəticələndiyini göstərir. Bəs bu uğursuzluğun səbəbləri nələrdir?

Startapların 90%-i 5 il içində yoxa çıxır.

UC Berkeley və Stanford Universitetinin hazırladığı “Startup Genome Hesabatı” dünya üzərində startapların 90%-nin uğursuz olduğunu göstərir. CB Insights məlumat analiz platformasına görə, bu startapların 42%-i bazar ehtiyacını yaxşı təhlil edə bilməməsi; 29%-i sərmayəsini düzgün istifadə edə bilməməsi, 23%-i isə yanlış komanda ilə yola çıxdığı üçün uğursuz olmuşdur.

Aparılan araşdırmalar göstərir ki, startapların bağlanmasının ən vacib səbəblərindən biri düzgün bazar analizinin edilməməsidir. Hədəf kütlə, bazar və müştəri ehtiyacları, məhsula ehtiyacın olub-olmaması, mədəni uyğunluq, eyni fikrin öncədən tətbiq edilib-edilməməsi kimi bir çox sahənin araşdırılması mühüm addımlardandır. Bu təhlillərin aparılmaması heç kimin almayacağı/ehtiyac duymayacağı bir məhsul seçmək, məhsulu yanlış hədəf auditoriyasına satmaq, bunun nəticəsində zərərə uğramaq kimi nəticələr verə bilir.

Ən sərfəli kredit üçün müraciət et

Texnologiyanın imkanlarından yetərincə istifadə etməmək də uğursuz startapların təməl özəlliklərindəndir. Texnologiyaya qoyacağınız sərmayə uzun müddətli üstünlük gətirə bilər. Doğru texnologiyanı istifadə edən sahibkarlar həm vaxtına, həm də puluna qənaət edə bilir. Zamanı düzgün idarə edən və ideyanı dəstəkləyən proqramlar hər zaman işə yaraya bilər.

Gənc sahibkarlar adətən prosesləri çətinləşdirirlər. Vaxtın məhdud olduğu müasir dövrümüzdə ortaqlıq, kirayə, maliyyə sözləşmələrinin sadə və anlaşılan olmasında fayda var.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et