Starbucksın yeni qəhvəsi - ƏTLİ VƏ QARABİBƏRLİ | Banco.az

Starbucksın yeni qəhvəsi - ƏTLİ VƏ QARABİBƏRLİ

Seattle-dəki Starbucks Reserve Roastery menyusuna yeni bir soyuq qəhvə içkisi əlavə edib. Yeni içkinin adı Pepper Nitrodur. Bu içki içində qara bibər siropu və üstündə bir şişə keçirilmiş qurudulmuş ət ilə servis edilir. Bu, yeni ləzzətlərə açıq olan qəhvəsevərlər üçün unikal bir məhsul olacaq.

Bu yeni qəhvəli içkidə Starbucks Konqo Kuvi Gölü tumları istifadə edilir və içki nitro çəlləklərdən verilir. Bu fikir Starbucks tərəfindən Konqo Demokratik Respublikasında qəhvə plantatorları ilə olan münasibətlərin yaxşılaşmasını qeyd etmək üçün yaradılmışdır. Region 2013-ci ildə sülh müqaviləsi imzalanıncaya qədər döyüşlərin sıx olduğu bir yer idi.

Ən sərfəli kredit üçün müraciət et

Starbucks-ın AR-GE hissəsində bu ləzzətin yaradılmasına kömək olan qrupun üzvü olan Raegan Powell, Pepper Nitronun ləzzətiylə əlaqədar deyir: "İlk qurtumda soyuq ballı köpüyü və qara bibərin dadını alırsınız. Əsl həyəcanverici olan isə qurudulmuş ətin duzlu ləzzətini almaqdır. Nitro soyuq dəmin yumşaq və şirinliyinə bənzərsiz bir dad qatır."

Ən sərfəli krediti almaq üçün müraciət et