​"Standard&Poor's" agentliyi Yaponiyanın kredit reytinqini azaldıb | Banco.az

​"Standard&Poor's" agentliyi Yaponiyanın kredit reytinqini azaldıb

"Standard&Poor's" beynəlxalq reytinq agentliyi (S&P) Yaponiyanın kredit reytinqini "AA-" səviyyəsindən "A+"ə endirib, proqnozu isə "stabil"dən "neqativ"ə azaldıb.

Banco.az "Report"a istinadən xəbər verir ki, Yaponiyanın kredit reytinqi və proqnozunun azaldılmasına səbəb hökumətin yaxın 2-3 ildə iqtisadiyyatın canlandırılması və deflyasiyanı aradan qaldırılmasında uğur əldə etməsinə yaranan şübhələr olub.

Ən sərfəli kredit üçün müraciət et

"S&P"nin analitikləri hesab edirlər ki, Yaponiyanın 54 trln. yen (450 mlrd. dollar) həcmində olan daxili borcu hökumətin ölkədə kreditləşməni artırmasına çətinlik yaradacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et