“Standard İnsurance”in vəziyyəti nəzərdən keçiriləcək | Banco.az

“Standard İnsurance”in vəziyyəti nəzərdən keçiriləcək

“Bank Standard” QSC ilə bağlılığı olan “Standard İnsurance” Sığorta Şirkəti ASC-nin vəziyyəti yaranmış yeni şəraitdə nəzərdən keçiriləcək".

“Report” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Standard İnsurance”in öhdəliklərinin zəmanətçisi olan sığorta ehtiyatlarının bir qismi “Bank Standard”da depozit kimi yerləşdirilib, bu baxımdan sığorta şirkətinin vəziyyəti qiymətləndirilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

“Bankın bağlanması hələ sığorta şirkətinin də bağlanması demək deyil. Amma bundan sonra “Standard İnsurance”in rəhbərliyi bazarda “Bank Standard”sız qalmasına imkan verən strategiya üzərində düşünməli, biznesə baxışları dəyişməlidir. Ümidvarıq ki, şirkət yeni vəziyyətə uyğun strategiyanı bizə təqdim edəcək”. 

Ən sərfəli krediti almaq üçün müraciət et