Spotify 100 milyon ödənişli abunəyə çatdı | Banco.az

Spotify 100 milyon ödənişli abunəyə çatdı

Dünən yayımlanan ilk rüblük hesabatında Spotify, abunə sayının 100 milyona çatdığını bildirdi. 

Spotify, abunə sayının 100 milyona çatdığını dünən açıqladığı ilk rüb hesabatında açıqladı. İllik 32%-lik artımla, Sportify, pulsuz abunəçilər də daxil olmaqla, dünyada 217 milyon aylıq aktiv istifadəçiyə malikdir. Bu rəqəmlərə şirkətin məhsulunu fevral ayında Hindistanda açıqdan sonra əlavə olunan Hindli istifadəçilərin da daxil olduğunu ifadə etmək lazımdır. Bu rəqəmlərlə birlikdə Spotify qlobal mənada Apple Music-i geridə qoymuş olur. Apple Music aprel ayının əvvəlində 50 milyon istifadəçiyə çatdığını elan etdi. Digər tərəfdən ABŞ daxilində Apple Musicin irəlidə olduğunu ifadə etməkdə fayda var. Apple Music-in ABŞ-da 28 milyon abunəçisi olmasına baxmayaraq, Spotify 26 milyon abunə ilə Apple Music-in arxasında qalır.

Ən sərfəli kredit üçün müraciət et

Bu rübün sonuna qədər 222 ilə 228 milyon istifadəçiyə çatmaq məqsədi olan Spotify, aylıq ödənişli abunəçilərin sayının 107 ilə 110 milyon arasında olmasını gözləyir. Bundan əlavə Spotify inkişaf edə biləcəyi sahələr arasında səs əmrləri ilə işləyən ağıllı speakers haqqında düşünür. 

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et