SpaceX şirkətinin əməkdaşlarına tətbiq etdiyi 5 əlavə imkan | Banco.az

SpaceX şirkətinin əməkdaşlarına tətbiq etdiyi 5 əlavə imkan

Elon Muskın qurucusu ulduğu və bir çox insanın çalışmaq istədiyi SpaceX-in əməkdaşları əlavə saatlara qədər işləyərək, bir sıra mühüm layihələr üzərində  çalışırlar.  Bunu nəzərə alaraq şirkət onlara əlavə imkanlar tətbiq edir.  Yəni SpaceX-də çalışmağın avatajları da mövcuddur.

Josh Boehm adlı köhnə bir SpaceX əməkdaşı şirkətin əməkdaşlarına hansı əlavə imkanlar tətbiq  edildiyini keçən həftə Quora sosial şəbəkəsində paylaşıb. Bu imkanlara baxdıqda hər adam SpaceX kimi şirkətdə çalışmaq üçün hər şeyi etməyə hazır olduğunu düşünür. 

1) Elon Musk şirkətin əməkdaşlarına motivasiya vermək üçün onlara internet üzərindən e-poçtlar yollayır və ilham verici çıxışlar göndərir. 

2) Şirkət daxilində davamlı olaraq massaj terapevti mövcuddur. Beləliklə uzun müddət və stres altında işləyən əməkdaşlar öz yorğunluqlarını massajlar vasitəsi ilə alırlar.

Ən sərfəli kredit üçün müraciət et

3) SpaceX əməkdaşları məşhur insanlarla qarşılaşmaq şansı əldə edir. Boehm deyir ki, bir dəfə Jennifer Aniston’ı  Elon Muskla yemək yeyərkən gördüm, ayaq yolunda Joseph Gordon-Levitt’lə rastlaşdım,  Will Smith və Morgan Freeman kimi şəxslər zavoda gəzməyə gəlirlər. 

4) Aktyor George Takei və Jeremy Edberg kimi tanınmış şəxslər hər gün əməkdaşlarla xususi görüşmələr keçirir.

5) SpaceX kimi şirkətlər “Gravity” və “The Martian” kimi filmlərin çəkilişlərində iştirak edirlər.

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et