S&P: “Kapital Bank”ın aktivləri Azərbaycanın uyğun banklarının əksəriyyətindən daha keyfiyyətlidir | Banco.az

S&P: “Kapital Bank”ın aktivləri Azərbaycanın uyğun banklarının əksəriyyətindən daha keyfiyyətlidir

S&P: “Kapital Bank”ın aktivləri Azərbaycanın uyğun banklarının əksəriyyətindən daha keyfiyyətlidir

“S&P Global Ratings” beynəlxalq agentliyi “Kapital Bank” ASC-nin reytinq proqnozunu “sabit”dən “müsbət”ə dəyişdirməklə qısa və uzun müddətli reytinqini BB- / B səviyyəsində təsdiq edib.

“S&P”in məlumatında bildirilir ki, proqnoz dəyişikliyi “Kapital Bank”ın daha çox pərakəndə sektorunda yüksək mənfəət göstəricilərini sabit saxlamaq və əməliyyat gəlirlərini yüksəltmək, eyni zamanda ehtiyat yaratmağa çəkilən xərcləri və aktivlərin keyfiyyətini nəzarətdə saxlamaqla bağlıdır.

Dəyişiklik həmçinin bankın kapitalının geniş ehtiyatlarını qorumaqla bazardakı mövqelərini bundan sonra da gücləndirəcəyi təqdirdə, yaxın 12 ay ərzində kredit imkanlarını daha da artıra biləcəyi haqqında Agentliyin gəldiyi qənaətlə əlaqədardır.

Ötən il kredit portfelini 19 faiz, ölkədəki pərakəndə kreditlər bazarındakı payını 20 faiz artırmağa nail olan “Kapital Bank”ın ölkə bank sektorunun məcmu aktivləri və depozitlərindəki payının 2015-ci ildə müvafiq olaraq 6 və 4 faizə qarşı hazırda 13 faiz olduğu göstərilir. 2018-ci ildə bank sektorunun orta ROAE göstəricisi (orta kapitalın gəlirliyi) 5-7 faiz səviyyəsində olduğu halda, “Kapital Bank”da 36 faizlik rekord həddə çatdırılıb.

Agentliyin fikrincə, 2019-2020-ci illərdə “Kapital Bank” pərakəndə kreditlər və depozitlər bazarındakı lider mövqeyini daha da sağlamlaşdırmaqla eyni zamanda müxtəlif təşkilatlar üçün də hesablaşma əməliyyatları üçün mühüm platform və kredit mənbəyi olaraq qalacaq, bununla da biznesini yaxşılaşdırmaqla kredit qabiliyyətini daha da genişləndirəcək.

Ən sərfəli kredit üçün müraciət et

“Yaxın iki ildə bankın kredit portfelinin 20-30 faiz artacağını, bununla belə yüksək mənfəət göstəriciləri davam etməklə xalis faiz həddinin yüksək saxlanmasını, kreditlərlə bağlı zərərin ləng artımını, yüksək əməliyyat səmərəsi sayəsində ROAE göstəricisinin 25 faiz üstələyəcəyini gözləyirik”, - deyə qeyd edən Agentlik “Kapital Bank”da dividend ödəmələri əmsalının 60 faizə yaxın olacağı qənaətindədir.

“Kapital Bank”ın aktivlərinin Azərbaycanın uyğun banklarının əksəriyyətindən daha keyfiyyətli olduğunu bildirən “S&P” 2018-ci ilin sonuna olan məlumata görə, problemli kreditlərin ötən ildəkinə nisbətən 4,6 faiz azaldığını, 2015-2016-cı illərin iqtisadi tənəzzülü zamanı kredit itkilərinin və problemli kredit həcminin uyğun banklardakına nisbətən az olduğunu diqqətə çatdırıb. Həmçinin 2018-ci ilin sonunda qeyd olunan sabit maliyyələşmə əmsalının 220 faiz, kredit/depozit nisbətinin 46 faiz səviyyəsinin uyğun banklardakından xeyli yaxşı olduğu bildirilir. Bankın likvidlik aktivlərinin məcmu aktivlərin 56 faizi səviyyəsində olduğu qeyd edilən məlumatda bunun iri təşkilatlara məxsus cari hesablardakı vəsaitlərlə bağlı olduğu diqqətə çatdırılır.

“İndiyədək bu vəsaitlər sabit qalsa da, bank fondlarının cəmləşmə səviyyəsini artırır. Bununla bağlı “Kapital Bank”ın likvidlik profilini o qədər də yüksək dəyərləndirmirik”, - “S&P”nin məlumatında göstərilir.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et