Sosial şəbəkələr niyə asılılıq yaradır? | Banco.az

Sosial şəbəkələr niyə asılılıq yaradır?

5 dəqiqədən artıq sosial şəbəkələrsiz  qala bilmirsiniz? İnternet və ya sosial şəbəkəyə daxil ola bilmədikdə, əsəbi olursunuz? Deməli, “ bəxtiniz gətirib” siz internetdən asılılıq xəstəliyinə yoluxmusunuz...

Bəli, bəli yanlış oxumadınız – XƏSTƏLİK!

Dünyanın bir neçə ölkəsində internet asılılığı psixoloji xəstəlik kimi qeydə alınıb. Hətta, ABŞ universitetlərinin tədqiqatçıları “Addiction” jurnalında  dərc etdikləri məqalədə internet asılılığını kimyəvi maddə asılılığı kimi qiymətləndirib.

Bu gün dünya əhalisinin 40%-i sosial şəbəkə istifadəçiləridir. Hər bir istifadəçi isə orta hesabla gün ərzində post və foto pylaşmağa, dostlarının  paylaşımlarına  münasibət bildirməyə 2 saat vaxtını sərf edir. Ancaq bu rəqəm göstəriciləri stabil deyil. Çünki sosial şəbəkələr sürətlə inkişaf edir və onun əhatə dairəsi daha da genişlənir. Hər gün məsafəsiz şəkildə, dostlarla ünsiyyət qurmaq, şəkil və video roliklər paylaşmaq gözəl hissdir. Lakin bu işlər həyatın əsas məşğuliyyətinə çevrildikdə həyacan təbili çalınmalıdır. Asılılıqdan əziyyət çəkənlər dərsdə, işdə, şəhərdə piyada və ya avtomobillə gəzərkən bir əlində telefon tutur və onu bir dəqiqə belə diqqətindən kənara qoymur. Əgər  telefon, planşet evdə unudulsa, bir müddət işləməsə bu əsl dəhşətə çevrilir. Onlar özlərini dünyadan təcrid olunmuş, böyük bir boşluq içində hiss edirlər.

 

Mütəxəssislərin fikrincə, internet asılılığı iki əsas səbəbə görə yaranır:

Ən sərfəli kredit üçün müraciət et

  • Birincisi, sosial şəbəkələrdə aktiv olan istifadəçinin beyni müsbət  emosiyalarla zənginləşir. Qarşısına çıxan gülməli post, şəkil və videolar, həmçinin, öz postlarına gələn “like”ların  artması buna səbəb olur. Sosial şəbəkə istifadəçisi özünü necə istəsə, realda olduğundan, tamamilə fərqli biri kimi tanıda bilir.
  • İkincisi isə sosial şəbəkədə insan beyni qısa zamanda böyük informasiya alır. O, paralel olaraq, xəbərləri oxuya, dostları ilə fikirlərini bölüşə, musiqi dinləyə və sosial şəbəkələrdəki şəkilləri bəyənə bilər. Beyin belə bir prosesə sürətlə alışır. Bu prosesi isə mütəmadi olaraq, öz tələbatına çevirir. Gün ərzində alınan informasiyanı yadda saxlayıb “həzm” etmək diqqət və çoxlu zaman tələb edir.

Psixoloqlar bildirirlər ki, insanda asılılıq yaradan səbəblər, gördüyü işdən aldığı həzz olur. Beyin bu həzz hissinə alışır və mütəmadi olaraq, onu tələb edir. Bununla yanaşı, istənilən mənfi vərdişlər və asılılıqlar yaradan amillər əlçatan olanlardır. Sosial şəbəkələri də əlçatanlar növünə aid etmək olar. Sosial şəbəkə asılılığı bir sıra mənfi amillərə səbəb olur. Real həyata maraq azalır, diqqət zəifləyir, həssaslıq itir. Daimi şəkildə “Messenger”ə baxmaq, sosial şəbəkə lentini yoxlamaq insanları əsas iş prosesindən yayındırır.

Sosial şəbəkə asılılığından azad olmaq üçün, öncə onun varlığını etiraf etmək lazımdır. Əgər, bu asılılıqdan sərbəst şəkildə azad ola bilmirsinizsə, psixoloq və ya psixoterapevtə müraciət etməlisiniz.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et