Sosial məsuliyyətli investisiyalar haqqında nə bilirik? | Banco.az

Sosial məsuliyyətli investisiyalar haqqında nə bilirik?

Yer üzərində, ətraf mühitdə və insanın sosial həyatında müsbət dəyişiklər yaratmağa yönəlmiş yeni həll yolları, texnologiyalar və avadanlıqlar ixtira etmək həvəsində ikən, pulun hərəkət qabiliyyətinin əhəmiyyəti gündən günə artır və onun hara xərclənməsi, heç də diqqətdən kənar qalacaq məsələ deyil.

Hər şey rəğmən, məhz pul dünyanı fırlanmağa sövq edir. Əgər dünyadakı böyük pullar, pensiya fondlarında, bondlarda və digər maliyyə alətlərində, toplanıb qalarsa və dayanıqlı inkişafa meyyli olmayan mallar, biznes modelləri və xidmətlərə xərclənərsə onda, bu böyük bir problem yaradar və nələrisə dəyişmək gerçəkdən çətin olar.

Müxtəlif dünya birjalarında səhmləri satışda olan, ən yaxşı performansa sahib şirkətlərə diqqət edin və siz görəcəksiniz ki, bu siyahı hasilat, neft, qaz, kömür və digər çirkli sənayelərin nümayəndələri ilə doludur . Belə halda nə etməli?

Beləliklə, sosial məsuliyyətli investisiyalar (SRİ – social responsable investments)  -  o sahədir ki, burada uzaqgörən investorlar planetin və onun sakinlərinin qeydinə qalır, onlar sürətli dollar qazanmaq tələsində deyil, bu şirkətlər və investorlar son on illiklərdə üzə çıxmış olsalar belə, daha əvvəlki kimi yerlərində sakitcə dayanmırlar.

Şirkətin həyata keçirdiyi biznesin xarakterindən asılı olaraq, SRİ sosial məsuliyyətli hesab olunur, misal üçün bu sosial ədaləti bərpa etməyə yönəlmiş, təmiz enerji istehsalı və ya dayanıqlı ətraf mühitlə məşğul olan şirkətlərə edilən investisiyalar ola bilər. Bu investisiyalar bir-başa şəkildə indivudual olaraq, həmin kompaniyalara, ya da SRİ üzrə fokuslanmış birgə fondlara və ya mübadilə fondlarına edilmiş yatırımlar vasitəsi ilə gerçəkləşə bilər. 

Mənfəət axtarışında olan investisiya şirkətləri SRİ-dən ona görə istifadə etmir ki, indi bu çox dəbdədir. Onlar ondan ona görə istifadə edir ki, SRİ işə yarayır, özünü doğruldur. 

SRİ-nin bir alt bölümü, impact investing adlanır, bu zaman investorlar zərərdən yayınmağa fokuslanmaq əvəzinə müsbət töhfə verməyə çalışan sahələrə investisiya edir, məsələn meşələrin qırılmasına qarşı yönəlmiş qeyri kommersiya təşkilatlarını maliyyələşdirir.

Pensions & Investments jurnalına əsasən, fəaliyyətində SRİ-ni tətbiq edən yatırım menecerləri hal-hazırda $6.6 trilyona nəzarət edir ki, bu da bütün idarəetmə altında olan ABŞ aktivlərinin 18%-ni təşkil edir. Təkcə son iki il ərzində bu rəqəm  76% böyüyüb.

Ən sərfəli kredit üçün müraciət et

RBS Global Asset Management-in hesabatında deyilir ki, 1990-2012-ci illərdə, sosial məsulliyətli səhmlər indeksi KLD 400, investiyia üzərindən daha çox gəlir qazanıb, nəinki S&P 500. Bir çox digər dəllillər və araşdırmalar da, eyni növ nəticələrdən danışır.

Goldman Sachs Group və Bank of America kimi maliyyə nəhəngləri də SRİ-yə qucaq açır. Keçən yay Goldman $550 milyon xərcləyərək, Imprint Capital Advisors LLC-ni alıb, hansı ki, SRİ-dən istifadə edir. Həmin müddət ərzində Bank of America hesabatında qeyd edib ki, SRİ strategiyalarına $8.6 milyard investisiya edib. Bu investisiya axtarışında olan maliyyə nəhəngləri SRİ-dən ona görə istifadə etmir ki, indi bu çox dəbdədir. Onlar ondan ona görə istifadə edir ki, SRİ işə yarayır, özünü doğruldur. 

Aydındır ki, mənəvi və etik dəyərləri gözləyən və misal üçün tütün firmaları kimi şirkətlərə investisiya etməkdən yayınan şirkətlərin guya ki, potensial mənfəətı itirmələri bəhanələri daha özünü doğrultmur. Digər böyük irəliləyiş, isə odur ki, son illər ərzində yatırımlar ənənəvi enerji sektorlarından  - neft, qaz,kömür alternativ sektora doğru keçid etməsidir.

Ötən illin sonlarında elan edildi ki, idarəetmə altında olan aktivlərin 2,6 trilyon dollardan çox hissəsini təmsil edən institutlar və fərdlər ənənəvi yanacaq sahələrindən investisiyalarını alternativlərə çəkməyə israrlıdır və bu rəqəm getikcə böyüyəcək, yeni minilliyin  övladlarının 84%-i bildirib ki, onlar  ətraf mühiti qoruyan, sosial məsuliyyətli investisiyalar tərəfdarıdır. Növbəti 35 il ərzində təxminən 41 trilyon dollar ötən əsrin nümaydənlərindən yeni minilliyin təmsilçilərinə doğru yer dəyişəcək.

Hələ də kifayət qədər maliyyə mütəxəssisləri var ki, SRİ-nin petensial mənfəət imkanlarını görmür. Onlar inanır ki, sosial mənfəət – iş şəraitinin yaxşılaşdırılması, çirklənmənin  azaldılması və cəmiyyətə geri töhfə verilməsi –niyyəti ilə edilən investisiyalar investiya portfellərini məhdudlaşdırir və gəlirləri fəda edir.

SRİ-nin aktuallaşmasını görənə və çirkli industriyalardan uzaqlaşana qədər hələ kifayət qədər yol qət etməliyik. Amma ilk dalğa əlbəttə ki, başlayıb.

Mənbə: Jargon buster: Everything you need to know about socially responsible investment , Tom İdle

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et