Son vaxtların ən uğurlu kriptovalyutasından yeni REKORD | Banco.az

Son vaxtların ən uğurlu kriptovalyutasından yeni REKORD

Məşhur ictimai birja platforması “eToro” dayanmadan yüksəlişə davam edən EOS-u siyahıya alacağını elan edib.

EOS-un bu yüksəlişində sözsüz ki, “eToro” birjasında yer almasının da payı böyükdür. “eToro”-nun elektron poçt abunəçiləri bu gün EOS haqqında ətraflı və optimist bir e-poçt alıblar:

“Siyahıya aldığımız kriptovalyutalara daha birini əlavə etməkdən qürur duyuruq. Ən böyük kriptovalyutalardan olan EOS artıq birjamızda əməliyyatlara hazırdır”.

EOS haqqında bəzi məlumatlar

block.one tərəfindən mərkəzi olmayan tətbiqlərin inkişaf etdirilməsinə istiqamətli bir platforma olan EOS ötən ilin iyununda bazara çıxarılıb. EOS IO platforması tərtibatçıların bulud hesablarda tətbiqlər inkişaf etdirilməsinə köməkçi olaraq yerli saxlama sistemlərinə olan ehtiyacı aradan qaldırır. Block.one komandası Blockchain şəbəkələrinin olduqca sürətli və həcmlənə bilən olduğunu iddia edir.

Bu iki tərəf üçün də həqiqətən çox yaxşı bir xəbərdir. Çünki EOS müştəriləri “eToro”-ya daxil ola biləcəklər və bunun əksinə zəmin yaranacaq. Hazırda 19.50 dollar olan EOS yüksəlişə davam edə bilər.

Kriptovalyutalara sərmayə qoyarkən əhatəli araşdırma aparmalısınız. Məsələn, EOS-da hər şey bir andaca dəyişə bilər.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et