Son günlərdə qiyməti iki dəfə artan Bitcoin Private nədir? | Banco.az

Son günlərdə qiyməti iki dəfə artan Bitcoin Private nədir?

Bitcoin Private (BTCP) son bir həftədə göstərdiyi yüksəlişlə bütün diqqətləri üzərinə toplayıb. Bəs, bunun səbəbi nədir?

Bitcoin forku olan Bitcoin Private haçalanması fevralın sonunda reallaşmışdı.

İlin birinci rübü bitdi, ikinci rübdə yüksəliş davam edir

Kriptovalyutaların əksəriyyəti üçün ilin ilk rübü uğursuz oldu. Ancaq yeni rübün başlaması qiymətlərin artması ilə nəticələndi.

Bitcoin üçün sabit bir buğa bazarından danışmaq erkən olsa da, altcoinlərin sürətlə dəyər qazandığını söyləyə bilərik. Bitcoin Private (BTCP) son həftədə 90% artıb.

Bitcoin Private-in (BTCP) qiyməti və vəziyyəti qiymətləndirmə

BTCP 7 gün ərzində 23 dollardan 42 dollara çatıb. Hazırda isə 43.24 dollara əməliyyat görür. Bu baxımdan 30-cu ən qiymətli kriptovalyutadır. Bitcoin Private-in cari bazar dəyəri 882 milyard 208 milyon dollar olaraq qeyd edilir.

Electrum bazara çıxarıldı

Bir neçə gün əvvəl Bitcoin Private Electrum cüzdanının bazara çıxarıldığını açıqladı. Yeni Electrum (BTCP, versiya 1.1.0) “Ledger Nano S” dəstəyi ilə birlikdə gəlir.

Bitcoin Private komandası Segwit dəstəyini Electrum-a inteqrasiya etmək üçün işlər apardığını bildirib.

Ticarət həlli gözlənilir

Ticarət həlli müəssisələrin BTCP ilə edilən əməliyyatları qəbul etməsinə imkan verəcək bir əməliyyat xidməti yaradacaq. Bitcoin Private ticarət həllinin beta versiyası aprel ayının sonunda rəsmi olaraq açıqlanacaq.

Bitcoin Private “Nano Ledger” əlavəsi alır

Dünyanın ən məşhur və təhlükəsiz təchizat cüzdanlarından olan “Nano Ledger” növbəti “Nano Wallet” versiyasına Bitcoin Private-i əlavə edəcək. Bitcoin Private istifadəçiləri coinlərini son dərəcə etibarlı olan bu cüzdanlarda saxlaya biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin Private (BTCP) ilə maraqlanan və bu kriptovalyutanın kommersiya və sektoral faydalarının geniş yayılacağına inanan şəxslər üçün yeni bir dəstək metodu hazırlanıb.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et