Son anlaşma neft bazarına necə təsir göstərəcək? | Banco.az

Son anlaşma neft bazarına necə təsir göstərəcək?

İqtisadçı Vüqar Bayramov OPEK üzvlərinin son anlaşmasının neft bazarına ola biləcək təsirləri barəsində fikirlərini açıqlayıb.

Qlobal neft hasilatının təxminən 40 faizini ödəyən OPEK uzun sürən müzakirələrdən sonra hasilatın gündəlik 32.5-33.0 milyon barel intervalında dondurulması barədə anlaşa bildi.

OPEK-in anlaşması elə həmin gün neft bazarına təsir göstərdi: fevral ayından bəri ilk dəfə olaraq neftin qiymətində gündəlik 6.5 faiz artım qeydə alındı. Ciddi fikir ayrılıqları olan Səduiyyə Ərəbistanı ilə İran neft qiymətinin yüksələcəyinə ümid edərək vahid mövqe nümayiş etdirə bildilər.

Son anlaşma neft bazarına necə təsir göstərəcək?

Əslində, bu anlaşma qlobal neft hasilatının azaldılması deyil, istehsalın tənzimlənməsi kimi xarakterizə edilir. Belə ki, OPEC mövcud hasilatı səviyyəsində məhdudlaşdırma tətbiq edəcək. Təbii ki, bu gələcəkdə hasilatın artırılmasının qarşısının alınması baxımdan OPEK üçün vacibdir. Eyni zamanda bazar iştirakçılarına mesajdır.

Bu baxımdan anlaşma artıq bazara təsir göstərib və qiymət artımları müşahidə edilir. Amma söszüz OPEK-in bazara çıxartdığl neftin həcmində azalma yoxdur və bu da gözlənilmir. Çünki dondurulan hasilat mövcud istehsal səviyyəsinə uyğunlaşdırılb. Aydındır ki, OPEK bu anlaşması ilə daha və ya nisbətən yüksək qiymətlərə ümid edir. Amma ən azı, potensial qiymət azalmalarından sığortalamağa çalışır. Amma nə OPEK-də, nə də OPEK-də kənarda yaxın zamanlarda qiymətin kəskin yüksəcələyinə inanların sayı heç də çox deyil. Sadəcə, indiki məqamda qiymətin arzuolunan səviyyədə stabilləşdirilməsi OPEK üçün əsas hədəfdir.

Ən sərfəli kredit üçün müraciət et

Amma qeyri-OPEK ölkələrinin də mövqeyi olduqca vacibdir. Şimal qonuşumuz olan Rusiya sentyabrda hasilatı əvvəlki aya nisbətən gündəlik 400 min barel artıraraq 11.1 milyon barelə çatdırıb. Xəzər qonşumuz Qazaxıstanda isə 50 milyar dollarlıq sərmayə yönəldilən Kaşaqan yatağı artıq istifadəyə verilməkdədir.

Neftin 1 barelinin qiyməti 55 dollara çatacağı halda isə ABŞ və Kanadada şist neft hasilatçıları yenidən bazarda aktivləşəcəklər. ABŞ isə hətta yataqlardakı neftini də ixrac etmək niyyətindədir. Bu isə o deməkdir ki, OPEK-in anlaşması ilə yanaşı təşkilata üzv olmayan ölkələrin də davranışı çox önəmli olacaq.

Başqa tərəfdən, bu gün qlobal neft bazarında qeyri-OPEK ölkələrinin payı təşkilat üzvlərinə nisbətən daha çoxdur. Bazara çıxarılan neftin 60 faizi OPEK-ə üzv olmayan dövlətlərin payına düşür. Bu baxımdan, hələlik heç də kəskin qiymət artımlarına deyil, qiymətin stabilləşməsinə ümid etmək lazımdır.

Azərbaycan üçün stabil neftin qiyməti dövlət gəlirlərinin və eləcə də ölkəyə daxil olan valyutanın həcminin stabilləşməsi baxımdan vacibdir. Gələcəkdə qiymət artımları baş verərsə bu ölkəmizə daha çox neft dollarlarının daxil olmasına imkan verəcək. Amma son 2 ilin təcrübəsi göstərir ki, stabil və ya artan qiymətlər istənilən zaman enişlə müşahidə edilə bilər. Çünki qlobal təklifə və hətta tələbə sadəcə iqtisadi deyil, eyni zamanda siyasi faktorlar da təsir göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et