Son 1 ildə Nostro və Loro hesablardakı dəyişikliklər | Banco.az

Son 1 ildə Nostro və Loro hesablardakı dəyişikliklər

Müştərilərlə yanaşı banklar da digər banklarda hesab aça bilər. Bankın digər maliyyə institutlarında (yerli və xarici kommersiya banklarında da ola bilər) açdığı hesablar Nostro hesab adlanır. Digər banklar isə həmin bankda açdığı hesab Loro hesab adlanır. Nostro hesab bankın aktivləri, Loro hesab isə bankın öhdəlikləri kimi əks olunur.

2018-ci ilin iyun ayından 2019-cu ilin may ayı daxil olmaqla bir il ərzində Nostro və Loro hesablarının həcmini nəzərdən keçirəcəyik.

Banco.az xəbər verir ki, ötən ilin iyun ayından Noyabr ayına kimi Nostro hesabların həcmi təxminən 50%-dək artım olmuşdur. Dekabrda 717,7 milyon manat azalaraq 1958,6 milyon manat olmuşdur. Lakin bu ilin mayınadək artmağa başlamışdır. Nostro hesabların artması bankların aktivlərinin artması deməkdir. Aktivlərin çoxluğu isə bankın kredit vermə qabiliyyətinə əsaslı şəkildə təsir göstərir. Nostro hesabdan 8-9 dəfə az olan Loro hesablar isə bu ilin mart ayınadək öz stabilliyini qoruyub saxlamışdır. Mart ayından başlayaraq isə 3 ay ərzində 411,5 milyon manata yüksəlmişdir. Loro hesablar digər bankların hesablarını əks etdirdiyindən bankın passivində özünü əks etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç