Sodexo "Qlobal iş istiqamətləri hesabatı 2018"-i nəşr etdi | Banco.az

Sodexo "Qlobal iş istiqamətləri hesabatı 2018"-i nəşr etdi

Dünya səviyyəsində 72 ölkədə xidmət verən Sodexo "Qlobal iş istiqamətləri hesabatı 2018"-i (Global workplace trends) nəşr etdi. Hesabata görə "əşyaların interneti" (İoT) iş sahələrini dəyişdirəcək. İşçilər obyektlərin interneti ilə birlikdə daha komfortlu sahələrdə çalışarkən məhsuldarlıq və performansları da artacaq. 2030-cu ilə qədər 200 milyarddan çox elementin bir-birinə bağlanacağı obyektlərlə gələcəyin ofisləri şəkillənəcək.

"Əşyaların interneti" bazarının 2019-cu ilin sonunda qlobal iqtisadiyyatın 1,5 trilyon dollarlıq qismini meydana gətirməsi gözlənilir. Bunun yanında 2020-ci ilə qədər 50 milyard, 2030-cu ilə qədər də 200 milyarddan çox obyektin bir-birinə internet vasitəsilə bağlanacağı təxmin edilir. Dünya səviyyəsində 72 ölkədə xidmət verən Sodexo'nun hazırladığı "İş yeri meylləri hesabatı"nda obyektlərin internetinin yüksəlişinin iş sahələrinə təsirinə diqqət çəkilir.

2021-ci ilə qədər 500 milyon cihaz istehsal ediləcək

Şirkətlərin gələcək planları arasında obyektlərin interneti əhəmiyyətli rol oynayır. Qlobal bir anketə görə təşkilatların 31,4%-i bu mövzudakı işlərə başlarkən, 43%-i isə önümüzdəki 12 ayda hazırlıqlarını tamamlamağı hədəfləyir. 2016-cı ildə istehsal olunan 202 milyon cihazın, 2021-ci ilə qədər 500 milyona qədər yüksəlməsi gözlənilir. Araşdırmalar işçilərin də obyektlərin internetinə qarşı olmadığını göstərir. 

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda göstərilən rəqəmlər bunlardır:

  • 2020-ci ilə qədər şirkətlərin 65%-i İoT məhsullarını işlərinə əlavə etməyi planlaşdırır,
  • 2020-ci ildə dünya səviyyəsindəki şirkətlərdə 9,5 milyard dijital assistentin vəzifə alması gözlənilir,
  • İşçilərin 69%-nin avtomatlaşdırma ilə əsas vəzifələrinə köklənmələri,
  • İşçilərin 86%-i avtomatlaşdırma ilə yaradıcılığa daha çox vaxt tapır,
  • Şirkətlər İoT məhsullarıyla təhlükəsizlik mənasında 20-50% arasında qənaət edə bilər,
  • Şirkətlər enerji monitorinqi ilə elektrik enerjisinə 20%-dək qənaət edə bilərlər.

 Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç