SOCAR istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib | Banco.az

SOCAR istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dollarla buraxdığı istiqrazlar üzrə faizlərin ödənişini həyata keçirib. Bu münasibətlə keçirilən tədbirdə "SOCAR Capital" şirkətinin Müşahidə Şurasının sədri, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR istiqrazlarının buraxılması və təkrar bazarda tədavülü SOCAR-ın maliyyə mənbələrini şaxələndirməklə yanaşı, ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub. 

Onun sözlərinə görə, bu gün həyata keçirilən faiz ödənişi çərçivəsində SOCAR istiqrazlarının sahiblərinə ümumilikdə 1 mln.250 min dollar həcmində faiz ödənilib. O qeyd edib ki, bu vəsait istiqraz sahiblərinin bank hesablarına artıq köçürülüb və vətəndaşlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

SOCAR-ın qiymətli kağızların emissiyası üzrə baş məsləhətçisi və "SOCAR Capital" şirkətinin Məsləhət Şurasının üzrü Əli Ağaoğlu bildirib ki, hazırda SOCAR istiqrazları üzrə investorlara təklif olunan şərtlər nəinki Azərbaycanda, hətta bütün regionda ən əlverişli şərtlər sayıla bilər: "SOCAR bəyan edib ki, istiqraz sahiblərindən bu kağızları istənilən vaxt nominal qiymətə, yəni 1000 dollara almağa hazırdır. Bu şərtlər investorlar üçün 100%-lik zəmanət deməkdir və indiyədək heç bir istiqraz buraxılışında belə bir zəmanət tətbiq olunmayıb".

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et