SOCAR İstiqrazları 150 milyon dolları keçdi! | Banco.az

SOCAR İstiqrazları 150 milyon dolları keçdi!

SOCAR İstiqrazları ilə təkrar bazarda əməliyyatların həcmi 150 milyon dolları keçib.

«SOCAR Capital» şirkətinin məlumatına görə, istiqrazlara böyük maraq və alğı-satqının yüksək olması nəticəsində may ayında SOCAR İstiqrazları ilə əməliyyatların həcmi növbəti rekord həddə çatıb.

Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon dollarlıq həcmdə buraxılıb. Yüksək gəlirliliyi və etibarlılığına görə SOCAR İstiqrazları investorların böyük marağına səbəb olub. Nəticədə, buraxılmasından 2 ildən də az vaxt keçməsinə baxmayaraq, Bakı Fond Birjasında (BFB) istiqrazlarla əməliyyatların həcmi təkrar bazarda 150 milyon dolları ötüb.

SOCAR İstiqrazlarına tələbatın belə böyük olmasının digər səbəbi istiqrazlar üçün SOCAR-ın geri alma zəmanətidir. Belə ki, istiqrazların qiyməti heç vaxt 1000  dollardan aşağı düşmür və onları istənilən vaxt nağd pula çevirmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

SOCAR İstiqrazlarına aid öhdəliklərin qrafik üzrə yerinə yetirilməsi, yəni faizlərin vaxtında ödənilməsi də investorların inamını gücləndirən mühüm bir faktordur. İndiyədək SOCAR İstiqrazları üzrə 6 dəfə faiz ödənişi edilib və istiqraz sahibləri 7,5 milyon dollar gəlir götürüblər. 2018-ci il üzrə növbəti faiz ödənişləri 17 iyul və 17 oktyabr tarixlərində həyata keçiriləcək.

Nominal qiyməti 1000 dollar olan istiqrazların dollarla illik gəlirliliyi 5% və ya hər istiqraza görə 50 dollar təşkil edir. SOCAR İstiqrazlarına tələbatın yüksək olması  istiqrazların qiymətinin artmasına da səbəb olur.

Bir qədər əvvəl start verilən REPO əməliyyatları vasitəsilə SOCAR İstiqrazı sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, ən aşağı faizlə (illik 3,5%) kredit götürməyə imkan verilib.

Xatırladaq ki, hazırda təkrar bazarda tədavüldə olan SOCAR İstiqrazlarını 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən almaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et