SOCAR-dan qaçqın və məcburi köçkünlərə yardım | Banco.az

SOCAR-dan qaçqın və məcburi köçkünlərə yardım

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkünlərə yardımlar edib.

“SOCAR erməni təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayır. Hər il dövlət bayramları ərəfəsində SOCAR təmsilçiləri Şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları aparırlar. Xeyriyyəçilik missiyasına sadiq qalan SOCAR tərəfindən bu günlərdə Novruz bayramı münasibəti ilə Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələrində və Dördyol-Mamırlı ərazisində məskunlaşmış 10 522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4 000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13 000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1 700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılıb”, - deyə SOCAR-dan qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilib ki, bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib: “SOCAR nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları Novruz bayramı münasibəti ilə təbrik edib, əmin olduqlarını bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıtmalarına şərait yaradacaq”.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et