SMS tarifləri 2 dəfə qalxır | Banco.az

SMS tarifləri 2 dəfə qalxır

“Azercell Telecom” MMC  sabahdan fakturalı və fakturasız (Sim Sim) abunəçilər üçün SMS tariflərini orta hesabla 2 dəfə artırır. 

Bu barədə şirkətin abunəçilərə müraciətində bildirilir. 

Məlumata görə, fakturasız xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “Gənc Sim””, “Bölgə” və “Tələbə birliyi” tarifləri çərçivəsində hər SMS-in qiyməti 2 qəpik və yaxud 67% artırılaraq 5 qəpik, fakturalı xətt sistemində mövcud olan “Hər yerə”, “Ailə tarif”, “Dövlətcell”, “SOCAR” və “Mediacell” tarifləri çərçivəsində isə hər SMS-in qiyməti isə 2,5 dəfə artırılaraq yenə də 5 qəpik müəyyən edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Azercell Telecom" bu ilin bu ayın əvvəlindən roaminqdə istifadə edilən interneti də 80% bahalaşdırıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç