Smartfon vasitəsilə itirilmiş əşyaları tapmaq mümkün olacaq | Banco.az

Smartfon vasitəsilə itirilmiş əşyaları tapmaq mümkün olacaq

“Google” şirkəti ev əşyalarını unudanlar üçün maraqlı patent əldə edib.

Belə ki, şirkət  ev əşyalarını özləri ilə götürməyi yaddan çıxaranlar üçün smartfon vasitəsi ilə xəbərdarlıq edəcək. 
 
Banco-nun “ICTnews”-a istinadən verdiyi məlumatına görə, “Google” şirkətinin yeni patenti əşyaların itirilməsi ilə bağlı məqamları özündə cəmləşdirir. Bu, ev açarları, eynək və s. ola bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Hər bir əşyaya qədər məsafə “NFC”, “Bluetooth”, “RuBee”, “RFID” və s. simsiz texnologiyaların istifadəsi ilə ölçülür. Smartfonla nəzarətdə olan əşya arasında məsafə öncədən müəyyən edilmiş məsafəni ötdükdə smartfon xəbərdarlıq edir.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et