SKMF kreditləri təklif edən müvəkkil banklar - ARAŞDIRMA | Banco.az

SKMF kreditləri təklif edən müvəkkil banklar - ARAŞDIRMA

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına verilən kreditlər Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.

Sahibkarlıq subyektlərinə Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər:

  1. 5 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər;
  2. 50 001 manatdan 1 000 000 manatadək – ortahəcmli kreditlər
  3. 1 000 001 manatdan 10 000 000 manatadək – böyükhəcmli kreditlər.

Hər bir sahibkarlıq subyektinin Fondun vəsaiti hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10 000 000 manatdan artıq ola bilməz.

Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

  • kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək;
  • ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək;
  • böyükhəcmli kreditlər üçün - 10 (on) ilədək.

Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.

Banco.az olaraq, Fondun vəsaiti hesabına SKMF kreditlərini təklif edən bank və kredit təşkilatlarını aşağıda sizə təqdim edirik:

Banklar

Kredit təşkilatları

Kredit ittifaqları

1.Azərbaycan Beynəlxalq Bankı

1. Aqrarkredit BOKT

1. Nuranə Kredit İttifaqı

2. Xalq Bank

2. Asel BOKT

2. Optimal Kredit İttifaqı

3. Paşa Bank

3. Finex Kredit BOKT

3. Aşıxlı Kredit İttifaqı

4. Kapital Bank

4. İnternational BOKT

4. Amin Kredit İttifaqı

5. Bank of Baku

5. Gold Finance BOKT

5. Hindarx Kredit İttifaqı

6. Bank Respublika

6. Finoko BOKT

6. Aran Kredit İttifaqı

7. Unibank

 

7. Refinance Kredit İttifaqı

8. AFB BAnk

 

8. Aqil Bo Kredit İttifaqı

9. AGBank

 

9. Böyük İsti-Su Kredit İttifaqı

10. Muğan BAnk

 

10. Elit Kredit İttifaqı

11. Turan Bank

 

11. Mikro Maliyyə Kredit İttifaqı

12. Rabitə Bank

 

12. Prins Kredit İttifaqı

13. Azərbaycan Sənaye Bankı

 

13. Abbas Kredit İttifaqı

14. NİKOYLBank

 

14. İnci Kredo Kredit İttifaqı

15. Amrahbank

 

15. Əmanət Kredit İttifaqı

16. Bank Avrasiya

 

 

17. Azər Türk Bank

 

 

18. Access Bank

 

 

19. Bank BTB

 

 

20. Yapı Kredi Bank Azərbaycan

 

 

21. Ziraat Bank Azərbaycan

 

 

Ən sərfəli kredit üçün müraciət et

 

Qeyd. Cədvəl Sahibkarlığa Kömək Milli Fondunun saytına əsasən təqdim olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et