"Siyasi risklər nefti dəstəkləyir, ancaq bu vəziyyət qısamüddətlidir" | Banco.az

"Siyasi risklər nefti dəstəkləyir, ancaq bu vəziyyət qısamüddətlidir"

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falihin OPEC-in və bəzi neft istehsal edən ölkələrin təklifi məhdudlaşdırmaq (hasilatı azaltmaq) barədə həmfikir olduqlarını açıqlamasından sonra neft qiymətləri yüksəlib. Brent neftinin qiyməti təxminən 1,5% artaraq 73 dolları keçib.  

Qlobal investisiya bankı "JP Morgan"nın Neft və qaz departamentinin müdiri Scott Darling CNBC-yə verdiyi açıqlamasında qiymətləri siyasi risklərin dəstəklədiyini, ancaq qiymət artımının ABŞ-ın şist nefti istehsalındakı artım səbəbilə qısamüddətli olacağını bildirib.

Darling,"Təklifin azalması üçün risklər olduğu danışıla bilər, ancaq bu, qısamüddətlidir. Neft qiymətlərinin daha da yüksələcəyi barədə gözləntilərin artdığını düşünmürəm. Çünki ABŞ-ın şist nefti  istehsalında artım var və qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik ilə tələb də yavaşlayır",- deyib.

Ən sərfəli kredit üçün müraciət et

JP Morgan 2020-ci ilə qədər OPEC-in neft istehsalı məhdudiyyətinin (hasilatı azaltmasının) davam edəcəyini gözləyir.

JP Morgan ikinci rübün sonunda Brent neftin qiymətinin 75 dollar olacağını təxmin edir. Bank, bütün 2019-cu il üçün Brent neftdə ortalama qiymətin 71 dollar olacağını, 2021-ci ildən etibarən isə qiymətin 60 dollara geriləyəcəyini nəzərdə tutur. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et