Sığortalanmayan avtomobil sahiblərinin aqibəti necə olacaq? | Banco.az

Sığortalanmayan avtomobil sahiblərinin aqibəti necə olacaq?

“Bu, bazarda müəyyən dəyişikliklərə gətirib çıxaracaq”.

Belə bir qanun ümumiyyətlə, bazarda dəstək ala bilməz. Sığorta bazarı üzrə Tədbirlər Planında yer alan bu müddəa yanlışdır, bazarda belə bir addım atılmayacaq.

Bu sözləri sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı “2015-2017-ci illərdə sığorta bazarının inkişafı üzrə Tədbirlər Plan”ında yer alan, avtomobil sahiblərinin icbari sığortadan yayınmasının qarşısının alınması məqsədilə sahibi sığortalanmayan avtomobil sahiblərinin yol hərəkətindən kənarlaşdırılması məsələsi ilə bağlı müddəanı şərh edərkən bildirdi. 

Xəyal Məmmədxanlının sözlərinə görə, vətəndaşın küçədə törətdiyi xırda qəzalar inzibati xətadır. Ona görə də, belə bir qanun dəstək verə bilməz ki, avtomobil sahibləri yol hərəkətindən kənarlaşdırılsın.

Ən sərfəli kredit üçün müraciət et

Xəyal Məmmədxanlı həmin tədbirlər planının bazarda edəcəyi dəyişikliklərə də toxundu:

“Tədbirlər Planı daha çox sığortalı və sığortaçı arasında münasibətlərin obyektiv qiymətləndirilməsi, tənzimlənməsi, vətəndaşlara əsassız imtina hallarının azaldılması, sığorta şirkətlərinin fəaliyyətinin şəffaflaşdırılması və s. kimi məsələləri nəzərdə tutur. Yəni orda ciddi tədbirlər planı dedikdə, köklü islahatlardan söhbət getmir. Daha çox sığortalı və sığortaçı arasındakı münasibətlərin düzəldilməsi, müqavilədə mübahisəli məsələlərin aradan qaldırılması məsələləri yer alır”.

“Hər bir halda, düşünürəm ki, bu, bazarda müəyyən dəyişikliklərə gətirib çıxaracaq. Daha çox da sığortalının sığorta şirkətlərinə inamı arta bilər”- deyə, ekspert bildirir.

oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et