Sığorta vasitəçiliyi üzrə lisenziya alanların sayı açıqlandı | Banco.az

Sığorta vasitəçiliyi üzrə lisenziya alanların sayı açıqlandı

Maliyyə Bazarlarına Nəzarət Palatası noyabrıb 16-22-də sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün keçirdiyi attestasiyanın nəticələrini açıqlayıb.

Nəzarət Palatasına istinadən xəbər verilir ki, attestasiyada iştirak edən 47 namizəddən 21-i lazımi qədər keçid balı toplayaraq müvəffəqiyyət qazanıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et