SIĞORTA VASİTƏÇİLİYİ ÜZRƏ FƏALİYYƏTƏ LİSENZİYA ALINMASI ÜÇÜN ATTESTASİYA KEÇİRİLƏCƏK | Banco.az

SIĞORTA VASİTƏÇİLİYİ ÜZRƏ FƏALİYYƏTƏ LİSENZİYA ALINMASI ÜÇÜN ATTESTASİYA KEÇİRİLƏCƏK

Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin  16, 20, 21 və 22 noyabr tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün attestasiya keçirəcək.   

 “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada ümumilikdə 63 nəfərin iştirakı planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.  

Attestasiyada iştirak edənlərin siyahısı ilə bu link vasitəsi ilə tanış ola bilərsiniz.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az səhifəsi və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et