Sığorta vasitəçiliyi üçün attestasiyanın tarixi yenilənib | Banco.az

Sığorta vasitəçiliyi üçün attestasiyanın tarixi yenilənib

Martın 13-dən sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) keçirilən attestasiyanın tarixi yenilənib.

Palatadan verilən məlumata görə, namizədlər marıtn 17-dən 31-nə qədər davam edəcək attestasiyanın yenilənmiş tarixi və vaxtı barədə məlumatı qurumdan əldə edə bilərlər.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tanzimlənən attestasiyada ümumilikdə 173 nəfər iştirak edəcək. Attestasiyada iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et