Sığorta şirkətlərinin facebook səhifələrində like "devalvasiyası" | Banco.az

Sığorta şirkətlərinin facebook səhifələrində like "devalvasiyası"

Bizneslə əlaqəli strukturların facebook səhifəsi idarə və istifadə etmələrinin ən böyük səbəbi öz izləyicilərinin konkret nəylə maraqlandıqlarını bilməkdir. Belə ki, onlar öz postlarında yer verdikləri layihə və ya proqramların nə dərəcədə uğurlu olmasını bəyənmə və şərhlərin sayı ilə müəyyən edirlər. Məhz bu məsələlərə görə Facebook keçən həftə ərzində könüllü şəkildə deaktiv edilmiş və ya qeyri-ixtiyari olaraq aktivliyi itmiş bəzi profilləri silib. Qeyri-ixtiyari aktivlik itirilən facebook hesabları deyərkən, səhifəyə giriş şifrələri unudulmuş və s. istisna halların başverdiyi profillər nəzərdə tutulur.

Ümumiyyətlə könüllü şəkildə deaktiv edilmiş və ya qeyri-ixtiyari olaraq aktivliyi itmiş profillərin silinməsi 2 cəhətdən faydalıdır. Bunlardan biri biznesyönümlüdür. Yəni, istifadə olunmayan hesabların silinməsi, bizneslə məşğul olan səhifələrə imkan verir ki, öz izləyicilərinin sayı haqqında dəqiq informasiya əldə etmiş olsunlar. Həmçinin belə hesabların silinməsi onlara “lookalike” prinsipi əsasında öz izləyiciləri ilə müəyyən məqamlarda əlaqə qurmağı asanlaşdırır. İkincisi isə sabitliklə bağlıdır. Bu vaxta qədər, onsuz da deaktiv olunmuş profillər tərəfindən toplanılan bəyənmə və şərhlər sonradan avtomatik olaraq filter olunurdu və bu ənənə hələ də davam etməkdədir. Bu yenilənmədəki, məqsəd isə məlumatların ardıcıl və sabit saxlanılmasıdır.

Amma bir vacib məsələni də nəzərinizə çatdıraq ki,  könüllü şəkildə deaktiv edilmiş və ya qeyri-ixtiyari olaraq aktivliyi itmiş profillər yenidən aktiv olunduqdan sonra, müvafiq rəqəmlər onların bəyəndiyi facebook səhifələrinin fan sayinda da öz əksini tapacaq.

Sığorta Şirkətləri

13 mart

  15 mart

fərq

fərq %-lə

Mega Sığorta

1621

1481

140

9%

Ata Sığorta

29488

27376

2112

7%

Başak İnam Sığorta Şirkəti

11819

11223

596

5%

Bakı Sığorta

20131

19717

414

2%

Buta Sığorta

76728

76664

64

0%

A-Qroup Sığorta Şirkəti

20694

20680

14

0%

Paşa Sığorta Şirkəti

13140

13145

-5

0%

Atəşgah

27490

27529

-39

0%

Paşa Həyat Sığorta

6014

6468

-454

-8%

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et