Sığorta şirkətləri Palataya bu qədər ödəyəcək | Banco.az

Sığorta şirkətləri Palataya bu qədər ödəyəcək

Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi qaydaları təsdiq edilib.

Qaydalar Palta tərəfindən təsdiq edilib və bu gündən qüvvəyə minir.

Qeyd edək ki, Palataya banklar, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, sığortaçılar və təkrarsığortaçılar, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçisi, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla), idman mərc oyunlarının operatorları tərəfindən haqlar ödənilir.

Qaydalarla bağlı daha ətraflı http://www.huquqiaktlar.gov.az/StatementDetails.as... linkdən tanış olmaq mümkündür.

Sığorta şirkətləri kredit təşkilatlarının illik dövri ödəniş Cədvəli

AZN-lə ifadə edilib

Sığortaçı (Qeyri-həyat) Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda 180.000 + (H[1] – 30 mln)×1% Bir sığortaçı üzrə 700 000
Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda 40.000 + (H – 10 mln)×0.70%
Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda H × 0.40%
Sığortaçı (Həyat) Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda 198.000 + (H – 30 mln)×1.1% Bir sığortaçı üzrə 750 000
Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda 44.000 + (H – 10 mln)×0.77%
Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda H × 0.44%
Təkrarsığortaçı (müstəsna fəaliyyət növü olduqda) Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 30 milyondan çox olduqda 180.000 + (H – 30 mln)×1% Bir təkrarsığotaçı üzrə 700.000
Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda 40.000 + (H – 10 mln)×0.70%
Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10 milyondan az olduqda H × 0.40%

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az 

Ən sərfəli krediti almaq üçün müraciət et