Sığorta şirkətləri könüllü yoxsa icbari sığorta üzrə daha çox ödəyir? - ARAŞDIRMA | Banco.az

Sığorta şirkətləri könüllü yoxsa icbari sığorta üzrə daha çox ödəyir? - ARAŞDIRMA

2018-ci ilin may ayında ölkədə verilimiş sığorta ödənişləri 97 mln 450 min təşkil edir.  Bu göstərici keçən ay üzrə göstəricidən 24% çox, keçən ilin may ayındakı göstəricidən isə 451 min azdır.

Aşağıdakı diaqramda sığorta ödənişləri min manatla verilmişdir.

Yuxarıdakı trenddən görüldüyü kimi, yanvar ayından bəri sığorta ödənişləri artım meyilliyinə malikdir. Göründüyü kimi, yanvar ayından may ayına sığorta ödənişləri 300%-dən çox artıb.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta ödənişlərinin 72%-i, könüllü, 28%-i icbari sığortadır.  Son 5 ay ərzində könüllü sığorta ödənişi 288%, icbari sığorta ödənişi isə 454% artıb.

Sığorta haqqında olduğu kimi, könüllü sığortada ən çox payı həyat sığortası (54%), icbari sığortada isə ən çox payı qeyri-həyat sığortası (94%) tutur.

Qeyri-həyat sığortasını  83% əmlak, 17% isə şəxsi sığorta təşkil edir.

Xəzər Aslanov, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et