Sığorta şirkətinin sədr müavini vəzifəsini tərk edib | Banco.az

Sığorta şirkətinin sədr müavini vəzifəsini tərk edib

Mail Nuriyev "Rəvan Sigorta" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini tərk edib.

Bu barədə özü 31 Avqustda Facebook səhifəsində məlumat verib.

Mail Nuriyev bu ilin Fevral ayında "Rəvan Sigorta" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləməyə başlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Mail Nuriyev 2010-cu ildən “Rəvan Sığorta” ASC-də çalışır. O, şirkətdə əmək fəaliyyətinə satış meneceri kimi başlamış, 2013-cü ildə Satış və Marketinq departamentinin müdiri əvəzi, 2014-cü ildə isə həmin departamentin müdiri vəzifəsinə təyin edilib. Mail Nuriyev 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatasından müvafiq attestasiyadan keçərək İdarə Heyətinin üzvü seçilmişdi.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et