Sığorta şirkətinə məxsus sənədlər itib | Banco.az

Sığorta şirkətinə məxsus sənədlər itib

Ləğvetmə prosesində olan “Azərqarant Sığorta” ASC-nin 5 filialına məxsus sənədlər itib.

Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, sığorta şirkətinin Quba, Şirvan, Gəncə, Zaqatala və Sumqayıt filiallarına məxsus VÖEN şəhadətnamələri itdiyi üçün etibarsız sayılır.

Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Şirkətin səhmləri 100% Oqtay Abbas oğlu Əliyevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

"Azərqarant Sığorta" ötən il noyabrın 1-dən fəaliyyətini dayandırıb. Buna səbəb Şirkətin kapital çatışmazlığı problemi ilə üzləşməsidir. Bundan sonra onun öhdəliklərinin yerinə yetirilməsi üçün komissiya yaradılıb. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et