Sığorta sektorunda qısamüddətli öhdəliklərin xüsusi çəkisi azalıb | Banco.az

Sığorta sektorunda qısamüddətli öhdəliklərin xüsusi çəkisi azalıb

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu öhdəliklərinin 95%-i uzunmüddətli, 5%-i isə qısamüddətli olub.

Bu nisbət ötən il yanvarın 1-nə 93,7% - 6,3% təşkil edib. Başqa sözlə, 2018-ci ildə sığorta sektorunda uzunmüddətli öhdəliklərin xüsusi çəkisi artıb, qısamüddətli öhdəliklərin xüsusi çəkisi isə azalıb.

Bununla belə, ayrı-ayrı sığorta şirkətləri üzrə nisbət fərqlidir. Uzunmüddətli öhdəliklərin payı 20 şirkətdən 14-də 90-100% arasında, 4 şirkətdə 80-90% arasında, 2 şirkətdə isə 70-80% arasındadır. Başqa sözlə, qısamüddətli öhdəliklərin payı 20 şirkətdən 14-də 0-10% arasında, 4 şirkətdə 10-20% arasında, 2 şirkətdə isə 20-30% arasındadır.

 

"Naxçıvan Sığorta" öhdəliklərinin tərkibini açıqlamayıb.

Sığorta şirkətinin adı

Şirkətin öhdəliklərində

Uzunmüddətli öhdəliklərin payı

Qısamüddətli öhdəliklərin payı

1

Atasığorta

99,9%

0,1%

2

A-Qrup Sığorta

99,8%

0,2%

3

Amrah Sığorta

99,5%

0,5%

4

İpək Yolu Sığorta

99,4%

0,6%

5

Xalq Sığorta

99,4%

0,6%

6

Atəşgah Həyat Sığorta

98,0%

2,0%

7

Meqa Sığorta

97,7%

2,3%

8

Azsığorta

97,6%

2,4%

9

AXA Mbask

97,5%

2,5%

10

PAŞA Həyat Sığorta

97,4%

2,6%

11

Azərsığorta

95,9%

4,1%

12

Rəvan Sığorta

94,3%

5,7%

13

Günay Sığorta

91,3%

8,7%

14

PAŞA Sığorta

90,4%

9,6%

15

Standard Insurance

89,8%

10,2%

16

Atəşgah Sığorta

88,9%

11,1%

17

Azərbaycan Sənaye Sığorta

84,9%

15,1%

18

Qala Sığorta

82,7%

17,3%

19

Bakı Sığorta

78,1%

21,9%

20

Qala Həyat Sığorta

76,2%

23,8%

21

Naxçıvan Sığorta

Açıqlamayıb

Açıqlamayıb

 

Orta hesabla

95,0%

5,0%

Ən sərfəli kredit üçün müraciət et

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et