“Sığorta işinin təşkili” adlı nəzəri və praktiki kurslara başlanılacaq | Banco.az

“Sığorta işinin təşkili” adlı nəzəri və praktiki kurslara başlanılacaq

“AXA MBASK” sığorta şirkəti “AXA MBASK Akademiya” proqramı çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birlikdə tələbələr üçün “Sığorta işinin təşkili” adlı növbəti nəzəri və praktiki kurslara başlayır.

Sığorta şirkətindən bildiriblər ki, kursların əsas məqsədi təhsil müəssisələri ilə əməkdaşlığın təşkili, peşəkar istiqamətləndirmə, sığorta və maliyyə işində ixtisaslaşan tələbələrə dəstək verilməsidir.

Bir ay davam edən kurs sayəsində tələbələr tam olaraq iş prosesinə daxil olub, sığorta şirkətinin fəaliyyət mexanizmi ilə tanış olacaqlar. Eyni zamanda iştirakçılar təhsil zamanı əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək imkanı əldə edəcəklər.

Kurs zamanı tələbələr şirkətin iş xüsusiyyətini öyrənəcək, təcrübi tapşırıqları yerinə yetirəcək, sığorta məhsullarının satışı texnologiyası, anderraytinq, şirkətin sənəd dövriyyəsi, sığorta hadisələrinin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə edəcəklər. Mühazirələr “AXA MBASK”ın menecerləri və aparıcı mütəxəssisləri tərəfindən aparılacaq.

Kursun sonunda şirkət tələbələrə müvafiq sertifikatlar təqdim edəcəkdir. Əlavə olaraq, fərqlənmiş tələbələr şirkətdə yay təcrübəsi keçəcəklər. Bundan sonra onlar şirkətdə daimi işə düzəlmək və uğurlu karyera qurmaq fürsəti əldə edəcəklər.

Tələbələr üçün “Sığorta işinin təşkili” adlı nəzəri və praktik kurslar hər rübün əvvəlində keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

azertag.az

Ən sərfəli krediti almaq üçün müraciət et