Siğorta haqlarının məbləğində artım müşahidə edilib | Banco.az

Siğorta haqlarının məbləğində artım müşahidə edilib

Avqust ayında icbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı 98,6 mindən çox olmuşdur.

2014-cü ilin avqust ayında 98,620 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur. Bunların 24,7 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,6 milyon manatı ötmüşdür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 44,36%, sığorta haqlarının məbləğində 49,99 % artım müşahidə edilmişdir. Ümumilikdə cari ilin ilk 8 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 614 mindən çox sığorta müqaviləsi bağlanılmış və müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 45,7 milyon manat təşkil etmişdir. 2014-cü ilin ilk 8 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,94 %, sığorta haqlarının məbləğində isə 6,33 % artım müşahidə edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç