Sığorta bazarının 65 faizi könüllü formalaşıb | Banco.az

Sığorta bazarının 65 faizi könüllü formalaşıb

Bu ilin yanvar- sentyabr aylarında sığorta haqlarının 65 faizi və ya 204,1 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, bu, 2013-cü ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz və ya 1,6 milyon manat çoxdur.
İcbarı sığorta növləri üzrə yığımlar isə 110 milyon manat və ya bazarın 35 faizini təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 9,1 faiz və ya 9,15 milyon manat artıb.
Cari ilin ilk 9 ayında ümumi ödənişlərin 73,8 faizi və ya 85,9 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

AzərTAc

Ən sərfəli krediti almaq üçün müraciət et