Sifarişçi 15 günə tikintiyə, 10 günə isə istismara icazə əldə edə bilər | Banco.az

Sifarişçi 15 günə tikintiyə, 10 günə isə istismara icazə əldə edə bilər

Aprelin 18-də Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birgə mətbuat konfransı keçirilib.

Konfrans ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınmasının “bir pəncərə” prinsipi əsasında elektron formada müraciət qaydası və bu sistemin əhəmiyyətinə həsr edilib.

İİTKM-in analitiki Nərmin Kazımlı bildirib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupu cənab Prezident tərəfindən 2018-ci il dekabr ayı ərzində keçirilən kompleks biznes islahatlarının tərkib hissəsi olaraq tikinti üçün icazələrin alınması sahəsində vahid yanaşma prinsipinin təmin edilməsi, bu sahədə rəqamsallaşmanın və şəffaflığın artırılması istiqamətində bir çox işlər görüb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud KİV nümayəndələrinə yeni elektron sistemin işləmə mexanizmi barədə məlumat verib. Qeyd edilib ki, Dövlət başçısı İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli fərmanı ilə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarı sadələşdirilib. Fərman Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizadan keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti və anbar  binalarının layihələrinə şamil edilir. Bu məqsədlə Dövlət Komitəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə elektron sistem hazırlanıb. Sistemin əhəmiyyəti bəzi tikinti obyeklərinin tikintisi və istismarına icazə alınması zamanı prosesin, əlavə vaxt itirilmədən, daha sürətli və şəffaf formada icrasına şərait yaratmaqdır. Belə ki, sifarişçi qeyd olunan sistemdə öz şəxsi kabinetinə daxil olaraq tələb olunan sənədləri elektron formada yükləyib, 15 iş günü müddətində tikintiyə, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər. Bu da bəzi tikinti obyektlərinin tikintisi və icrasına icazə prosesində əlverişli mühitin yaradılması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğuna hesablanıb. Həmçinin bildirilib ki, hər bir sifarişçinin müraciətinə elektron icazə vərəqəsi onun şəxsi kabinetinə göndərilir. İcazə vərəqəsini həm də yazılı formada əldə etmək üçün sadəcə müraciət zamanı bununla bağlı xüsusi düyməni aktivləşdirmək lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Komitənin Beynəlxalq Əlaqələr və İnformasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud 21 fevral tarixindən istifadəyə verilən elektron sistemlə bağlı statistik rəqəmləri açıqlayaraq əldə olunan nəticələri də diqqətə çatdırıb. Qeyd olunan tarixdən indiyədək “bir pəncərə” prinsipi ilə elektron sistemə ekspertizası tələb olunmayan tikinti obyektinə tikintiyə icazə verilməsi bölməsi üzrə 22 müraciət daxil olduğu vurğulanıb. Həmin müraciətlərdən 17-sinin komitə tərəfindən müsbət cavablandırılaraq, elektron icazə vərəqəsi sifarişçinin şəxsi kabinetinə göndərilib. Elektron sistemin istismara icazə bölməsi üzrə isə 4 ekspertizası tələb olunmayan tikinti obyekti ilə bağlı müraciət daxil olub ki, hər birinə müsbət rəy verilib. Bildirilib ki, qeyd olunan statistik göstəricilər bu günə hesablanmış rəqəmlərdir və hər gün yenilənir.

Tikinti prosedurlarının təkmilləşdirilməsi və bu sahəyə özəl investisiyaların cəlb olunması məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilmiş, tikintiyə icazə alma mexanizmi “bir pəncərə” prinsipi əsasında sadələşdirilib və müraciətlərə baxılma müddətləri qısaldılıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç