Siacoin (SC) nədir? Haradan almaq olar? | Banco.az

Siacoin (SC) nədir? Haradan almaq olar?

Kriptovalyuta dünyasının sabit valyutalarından olan Siacoin-i blockchain strukturlu mərkəzsiz bir bulud saxlama platforması adlandıra bilərik.

Sia saxlama platforması hard diskin (sərt disk) az istifadə edilən hissəsinin istifadə olunduğu məlumat saxlama bazarı inkişaf etdirdi. Bazar ənənəvi bulud saxlama platformaları ilə müqayisədə daha etibarlı və ucuzdur. Siacoin-in əsas üstünlüklərinə nəzər salaq.

Tamamilə gizlidir. Sia platforması fayllarınızı əvvəlcə şifrələyir, sonra mərkəzsiz bir şəbəkəyə paylayır. Ənənəvi bulud saxlama platformalarından fərqli olaraq arici şirkət və ya üçüncü tərəf sizin fayllarınıza daxil ola və onları yönləndirə bilməz.

Daha ucuzdur. Bazarda fəaliyyət göstərən bulud saxlama platformaları ilə müqayisədə Sia-nın mərkəzsiz bulud saxlama sistemi 90% daha az xərc tutur. Məsələn, Amazon S3 platformasında 1 TB həcmindəki faylları 1 ay saxlamaq üçün 23 dollar tələb edilir. Sia-da isə bu xərc 2 dollardır.

Böyük faylların paylanması. Sia böyük faylları dünyanın hər yerindəki node-lara paylayır və faylları orada saxlayır. Belə demək olarsa, problem ehtimalını ortadan qaldırır və ənənəvi bulud saxlama platformalarının xidmətləri ilə uğurla rəqabət aparır.

Açıq mənbəlidir. Açıq mənbəli Sia proqramına lider proqram mühəndisləri kömək edir. İddialı tərtibatçılardan formalaşan komanda Sia API-sində innovativ tətbiqlər hazırlayır.

Blockchain əsaslı bazar. Sia blockchain əsaslı Sia bazarı istifadəçilərə saxlama xidməti verən insanları bir araya gətirir. Nəticədə, yaranan rəqabət mühitində istifadəçilər ən aşağı qiyməti ödəyirlər. Siacoin-lər qazıla, satılıb-alına bilir.

Haradan almaq olar?

Bazar dəyəri baxımından 35-ci kriptovalyuta olan Siacoin (SC) hazırda 0.018 dollara əməliyyat görür bazar dəyəri 677 milyon dollar təşkil edir. Siacoin-i “UpBit” və “Bittrex” birjalarından almaq mümkündür.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et