Səyahət zamanı hansı qəzalardan sığortalanmaq mümkündür? | Banco.az

Səyahət zamanı hansı qəzalardan sığortalanmaq mümkündür?

Uzun zamandır ki, gündəlik gərginlikdən uzaqlaşaraq səyahətə çıxmaq istəyirsiniz. Budur arzuladığınız ölkəyə getmək üçün bütün hazırlıqlar tamamdır; yol çantaları yığılıb, mehmanxana və səyahət planınız əvvəlcədən təşkil olunub, biletlər alınıb. Lakin, səyahət zamanı bədbəxt hadisələrdən sığortalanmaq kimi vacib faktor yaddan çıxıb.

Səyahətə çıxan şəxs hər ehtimala qarşı səyahət sığortası məhsulundan yaralanmalıdır. Vacib sayılmayan səyahət sığortası əslində önəmli məhsullardan biridir. Bəzən istirahətimizi mükəmməl şəkildə planlaşdırdığıma baxmayaraq, hər hansı xoşa gəlməz hadisələr qəfildən peyda olaraq, bütün təəssüratımızı belə poza bilir. Lakin səyyah sığortasından istifadə edilərsə, (qəza halları zamanı)  əlavə xərclər sığorta şirkətləri tərəfindən ödəniləcək. Bu isə büdcənizə qənaət etmək imkanı verir.

Səyahət zamanı hansı qəzalardan sığortalanmaq mümkündür?

* Əlavə xərclərin ödənilməsi sığorta şəhadətnaməsinin kateqoriyası ilə uyğun olaraq təyin edilir.

Bədbəxt hadisə 

Əgər səyyah görünməz qəza zamanı müəyyən travmalar alarsa, sığorta şirkəti bu bədbəxt hadisənin müqabilində zərər çəkənə kompensasiya ödəməlidir. 

 

Baqajın itirilməsi 

Ən sərfəli kredit üçün müraciət et

Əşyaların sığortalanması, sizin onları rəsmi qaydada təhvil verdiyiniz zaman baş tuta bilər. Əgər uçuşu həyata keçirən avia şirkət hər hansı bir yalnışlıqla sizin baqajınızı itirib və ya başqa şəxsə təhvil verdiyi halda kompensasiya ilə təmin oluna bilərsiniz. Baqajınızı özünüz itirsəniz, sığorta şirkəti bu halda heç bir məsuliyyət daşımır. 

Vətəndaş sığortası

Səyahət zamanı üçünçü şəxsin (şərti olaraq) mülkiyyətinə və ya sağlamlığına zərər dəydiyində:  sığorta şirkəti, sığortalanan səyyahın vurduğu zərər dəyərində üçünçü şəxsə kompensasiya ödəməlidir.

Səyahətin ləğv olunması

Sizdən asılı olmayan səbəblərdən, səyahət təxirə salınarsa; vizanı ala bilmədiyi və ya uçuşun vaxtının dəyişdirilib və təxirə salındığı hallarında sığorta şirkəti əlavə xərcləri ödəməlidir. Uçuş vaxtına gecikmək kimi hallar sığorta şirkəti tərəfindən kompensasiya ödənilmir.

Həmçinin oxu: Səyahət sığortası köməyimizə çatırmı? - ARAŞDIRMA

Səyahət etdiyiniz ölkəni xüsusi olaraq seçərkən, səyahətiniz xətasız keçməyinin təmini olaraq sığorta şirkətinin seçilməsinə də, önəm verilməlidir.  Səyyah sığorta məhsulunun kateqoriyasını cibinizə uyğun tənzimləyərək, mükəmməl səyahət ilə yanaşı sağlamlığınızın da, qeydinə qalmış olacaqsınız.

Ən sərfəli krediti almaq üçün müraciət et