Səyahət şirkəti Bitcoin qəbul etməyə başladı | Banco.az

Səyahət şirkəti Bitcoin qəbul etməyə başladı

Səyahət şirkəti Bitcoin ödənişlərini qəbul etməyə başlayaraq, müştərilərinə yeni bir seçim imkanı təqdim etdi. Bunun üçün Bitpay ilə razılaşma imzalandı.

Hal-hazırda, səyahət şirkətləri kriptovalyuta bazarında yer tutmaq üçün kriptovalyuta ödənişlərini qəbul etməyə başlayır. Nəhayət, İngiltərənin ən böyük səyahət şirkətlərindən biri olan Corporate Traveler Bitcoin ilə ödənişləri qəbul etməyə başladığını bildirdi. Corporate Traveler, yeni ödəniş sistemi üçün Bitpay ilə müqavilə bağladı.

Corporate Traveler müştərilərinin Bitcoin ilə ödəniş tələbinin çox yüksək olduğunu və bu tələbə cavab verməyə hazır olduqlarını açıqladı.

Ən sərfəli kredit üçün müraciət et

Aparılan ödəmələrdə Corporate Traveler tərəfindən heç bir risk qəbul edilmir. Müştərilər kriptovalyuta ilə ödəmə etdikdə, o gün üçün olan məzənnə ilə Bitcoin sterlinqə çevriləcəkdir. Əslində, Corporate Traveler yenə də sterlinq ilə ödəniş almış olacaq.

Müqavilə çərçivəsində Bitpay hər əməliyyatdan 1% komissiya alacaq.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç