Şəxsi məsləhətçi milyonlarını necə xərcləyir? | Banco.az

Şəxsi məsləhətçi milyonlarını necə xərcləyir?

Tony Robbins. Ola bilsin bu ad bəzilərinizə tanışdır. Tony, Bill Klintondan tutmuş Oprah Uinfriyə qədər bir çox məhşur şəxlərə məsləhətçilik edib. Həmçinin yazar kimi də tanınır.

 WealthX  onun varidatını 440 mln dollar dəyərində qiymətləndirir. 5 best seller kitabın müəllifidir. Şəxsi inkşaf yönümlü seminarlar da keçirir.

Fiji respublikasında şəxsi kurortu, Los Ancelsdə futbol komandası, bir neçə helikopteri və s. var.

1960-cı ildə Los Ancelsdə kasıb ailədə doğulub. Dediyinə görə bəzən Şükranlıq və Kristması qeyd etməyə imkanları olmurdu.

24 yaşında kitabları best-sellerə çevriləndən sonra ilk milyonunu qazanır.

Robbins dünyanın bir sıra önəmli şəxsiyyətlərinin şəxsi məsləhətçisi olub ki, onların arasında, Oprah Winfrey, Andre Agassi, Bill Clinton, Paul Tudor Jones, Serena Williams, Leonardo DiCaprio, Nelson Mandela, Princess Diana və Mother Teresa da yer almaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

O, təkcə 6 günlük "Date with Destiny" seminarina görə hər iştirakçıdan 5000 dollar haqq alır.

Onun şəxsi şirkəti- Anthony Robbins Company isə ildə 6 mlrda yaxın gəlir gətirir.

O, həmçinin xeyriyyəçiliklə də məşğuldur. Antoni Robbins Fondu hər gün Hindistanda 100 mindən artıq insanı təmiz su ilə təchiz edir. Belə yerlərdə uşaq ölümlərinin əsas səbəbi su qıtlığı və suda olan xəstəliklərlə bağlıdır. Həmçinin fond yoxsulluğa qarşı mübarizə aparır, gənc liderlərin inkşafı üçün müəyyən işlər görür, həbsxana dustaqlarını kitab və audio vasitələrlə təmin edir.

 


 

Ən sərfəli krediti almaq üçün müraciət et