Sərvəti 1 milyard dollara çatan ilk rep müğənnisi kimdir? | Banco.az

Sərvəti 1 milyard dollara çatan ilk rep müğənnisi kimdir?

“Forbes” jurnalı yeni nömrəsinin üz qabığında məşhur reper Jay Z – yə yer verib, bu isə təsadüfi deyil. Belə ki, tanınmış rep müğənnisinin sərvəti 1 milyard dollara çatıb.

Forbes jurnalının yeni nəşr olunan nömrəsində bildirilən məlumata görə, 49 yaşındakı reper, musiqi prodüseri, aktyor və şou-biznes xadimi Jay Z daşınmaz əmlakları və sənət kolleksiyası da daxil olmaqla 1 milyard dollarlıq bir sərvətə sahibdir. Əsl adı Şon Kori Karter (Shawn Carter) olan Jay Z əyləncə dünyasında bu qədər yüksək məbləğdə bir sərvətə sahib olan az saylı şəxslərdən biridir; hip-hop sektorunda isə ilk insandır.

Jay Z – nin sahib olduğu ən dəyərli mallar arasında 310 milyon dollarlıq “Armand de Brignac” şampanı, 100 milyon dollarlıq “D’Ussé” konyakı, 100 milyon dolar dəyəri olan musiqi platforması “Tidal”, 50 milyon dollarlıq daşınmaz əmlak və “Uber” şirkətinə 70 milyon dollarlıq yatırımı daxildir. Sənətçinin öz musiqi albomlarının da 75 milyon dollar dəyərində olduğu güman edilir; bu göstəricidə musiqi şirkətləri ilə əldə etdiyi razılaşmaların və müəlliflik hüququ ilə bağlı çox diqqətli olmasının da böyük rolu vardır.

Ən sərfəli kredit üçün müraciət et

İlk musiqi albomu “Reasonable Doubt” – ı 1996 – cı ildə öz imkanları hesabına çıxaran Jay Z 2008 – ci ildə hazırki sərvəti 355 milyon dollar olan Beyonce ilə evlənmişdi. Jay Z son albomuna daxil olan “4:44” adlı parçanın sözlərində “Çirkin milyarder yoxdur, mən çox sevimliyəm” deyərkən əslində sərvəti ilə bağlı istinad verirdi.

Jay Z və Beyonce cütlüyü son zamanlarda xüsusilə maddi baxımdan çətinliklər yaşayan qara dərili uşaqlarla məşğul olan qurumlara müntəzəm olaraq ianələr bağışlar və ABŞ – da haqsız yerə məhkum edilən qara dərili vətəndaşlara hüquqi kömək göstərilməsini təmin edirlər.

Həmçinin oxu: İnesta və Jerar Pike hansı sahələrə yatırım edirlər?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et