Sərnişinlərin sığortası üzrə sığorta hadisəsi baş verərsə? | Banco.az

Sərnişinlərin sığortası üzrə sığorta hadisəsi baş verərsə?

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta hadisəsi baş verərsə nə etmək lazımdır?

1. Hadisə baş verdikdə şəhadətnamədə göstərilən telefon nömrəsi vasitəsilə sığorta şirkətinə dərhal məlumat verin.

2. Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün təcili yardım (103), zərurət olduqda FHN (112) və digər lazımi qurumlara xəbər verilməlidir.

3. Sığorta şirkətinin nümayəndəsi və (və ya) digər səlahiyyətli şəxslər baxış keçirənədək hadisə yerində heç bir dəyişiklik edilməməlidir.

4. Zərərin qarşısının alınması və həcminin azaldılması, hadisənin nəticələrinin aradan qaldırılması yaxud digər fəsadlara səbəb olmaması, zərər çəkmiş şəxslərin həyatının xilas еdilməsi üçün ağlabatan və mümkün olan bütün tədbirləri görülməlidir.

Ən sərfəli kredit üçün müraciət et

5. Zərərçəkənlərə icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verilməlidir.

6. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edilməlidir.

7. Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin forması sığorta şirkətindən tələb edilməli və doldurularaq dərhal sığorta şirkətinə təqdim edilməlidir. Yazılı sığorta tələbi sizin tərəfinizdən və ya zərərçəkən şəxs tərəfindən təqdim oluna bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et