Səfər sığortası üzrə vəsaitlərin həcmi 17,7 faiz artıb | Banco.az

Səfər sığortası üzrə vəsaitlərin həcmi 17,7 faiz artıb

Bu ilin I yarısında Azərbaycanda səfər sığortası üzrə 1,934 milyon manat sığorta haqqı toplanılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz çoxdur. Son 1 ildə səfər sığortası üzrə ödənişlər isə 57 faiz və yaxud 2,3 dəfə azalaraq 196 min manata düşüb.
Yığımların artması, ödənişlərin kəskin azalması bu sığorta üzrə zərərlilik nisbətini də azaldıb. Belə ki, 2019-cu ilin yanvar-iyun aylarında səfər sığortasından toplanılmış hər 100 manat sığorta haqqının 10,1 manatı müştərilərə geri ödənilib. Ödəniş-yığım nisbəti 2018-ci ilin yanvar-iyun aylarında 27,7 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et